Dünya

Başına 10 milyon qoyulan terrorçunun yeni FOTOLARI

12 Fevral 2016 18:29
0 Şərh     Baxış: 1 349
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İŞİD terror qruplaşmasının lideri Əbubəkr Bağdadinin yeni fotoları yayılıb.

Milli,Az bildirir ki, axar.az İngiltərənin "İndependent" qəzetinə istinadən xəbər verir ki, fotonun İraqın Fəlluca şəhərindəki məscidlərdən birində çəkildiyi güman edilir.
 
Fotolarda İŞİD lideri azyaşlı uşaqların da olduğu bir qrupla söhbət edir.
 
Başqa versiyaya görə, fotolarda təsvir olunan şəxs Bağdadi yox, oxşarıdır.
 
Qeyd edək ki, Bağdadi nadir hallarda ictimaiyyət arasında görünür və bir neçə səs yazısı onun həyatda olduğunu göstərir. Onlardan sonuncusu isə ötən ilin dekabrında yayımlanıb.
 
Bağdadi hazırda ən çox axtarılan terrorçular siyahısında birincidir. ABŞ onun başına 10 milyon dollar mükafat qoyub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.