Dünya

Sərkisyan hakimiyyəti erməni milyarderin mirasını ələ keçirir

12 Fevral 2016 17:45
2 Şərh     Baxış: 947
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ermənistan hakimiyyəti ötən il vəfat edən amerikalı məşhur erməni milyarder, uzun müddət bu ölkəyə ianələr vermiş Kirk Kirkoryanın mirasının bir hissəsini ələ keçirməyin yollarını axtarır.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, bu haqda "Aykakan Jamanax" ("Erməni vaxtı") qəzeti yazıb. Kirk Kirkoryan vəsiyyət edib ki, onun mirasının bir hissəsi Ermənistana ayrılsın. Lakin pulların xərclənməsinə Ermənistan hökuməti nəzarət edə bilməz.

Qəzetin yazdığına görə Kirkoryanın vəsiyyətində göstərilib ki, Ermənistan hökuməti heç bir halda bu pullar üzərində sərəncam vermək hüququna malik deyil. Çünki Kirkoryanın bundan əvvəl Ermənistana ayırdığı ianələri hakimiyyət talayıb.

Kirkoryanın vəsiyyəti ABŞ-da məxfi şəraitdə açıqlanıb. Erməni milyarder bütün əmlakını satmağı və sağlığında həyata keçirdiyi layihələrin davamına xərcləməyi vəsiyyət edib. Vəsiyyətdə deyilir ki, Ermənistana ayrılan vəsait üzərində sərəncam vermək üçün xüsusi nəzarət şurası yaradılacaq və ora heç bir erməni məmur daxil ola bilməz. Hesab edilir ki, şura erməni əsilli ABŞ vətəndaşlarından formalaşdırılacaq. Habelə vəsaitlər üzərində sərəncam verilməsində ABŞ-ın İrəvandakı səfirliyi həlledici rol oynayacaq.

Kirkoryanın "Linsi" adlı xeyriyyə fondu 22 il ərzində Ermənistana 1 milyard dollar ayırıb. Lakin Kirkoryan görəndə ki, onun ayırdığı vəsaitlərin ən azı 200 milyon dollarını Ermənistan hakimiyyəti mənsimsəyib, bundan qəzəblənib və maliyyələşməni dayandırıb. 2011-ci ildə Kirkoryan "Linsi" fondunu bağlayıb və Ermənistana pul verilməsinə son qoyub. İndi gözlənilir ki, onun 3 milyard dollarlıq sərvətindən 200 milyon dolları Ermənistana çatacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.