Dünya

İstanbulda 2 bina çökdü - YENİLƏNİB - FOTO

12 Fevral 2016 18:20
0 Şərh     Baxış: 1 651
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

18:20

İstanbulun mərkəzində beşmərtəbəli 2 bina çöküb. 

Aznews.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə yerinə gələn İstanbul valisi Vasip Şahin dağıntılar altında qalanın olmadığını bildirib:
"Bu gün günortadan sonra 2 bina çöküb. İçəridə heç kim olmayıb. Qonşuluqdakı dükan sahibləri səs eşidincə xəbərdarlıq ediblər və hər kəs binadan çıxıb. Yenə də dağıntılar altına baxacağıq. Ümidimiz burada heç kəsin qalmamasınadır. Araşdırırıq, daha ətraflı məlumat verəcəyik. Yıxılan bir blokda otel olub, digər blokun da iki mərtəbəsi restoran, üst mərtəbələri də anbar kimi istifadə edilib. Otelin 2 müştərisi olub. Onlardan biri bayırda, biri isə binada olub. Lakin xəbərdarlıqdan sonra müştəri oteli tərk edib. Aldığımız məlumata görə, binada heç kim olmayıb". 

Hadisə yerinə çox sayda yanğınsöndürən, polis, təcili tibbi yardım cəlb edilib.

------------

16:47

Milli.Az "Milliyet"e istinadən bildirir ki, İstanbulun mərkəzində, İstiqlal küçəsində 5 mərtəbəli bina uçub. İlkin məlumatlara görə, binanın altında qalanlar var.

Qeyd edək ki, binalar boş olsa da, birinci mərtəbəsində mağazalar fəaliyyət göstərib.

Bəxtiyar
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.