Dünya

619 PKK terrorçusu öldürülüb

12 Fevral 2016 17:00
1 Şərh     Baxış: 595
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin Şırnaq vilayətinin Cizrə rayonunda iki ay davam edən hərbi əməliyyatlar nəticəsində 619 PKK terrorçusu məhv edilib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Məlumatda bildirilir ki, təkcə dünən 16 terrorçu öldürülüb, baxış keçirilən 8 binadan 24 PKK-çının meyiti tapılıb: "Hazırda Silahlı Qüvvələr rayona tam nəzarəti bərpa edib. İndiyədək terrorçulara aid xeyli silah-sursat ələ keçirilib. Rayonda əməliyyat-axtarış və təmizlənmə tədbirləri davam edir".
 
Qeyd edək ki, rayonda iki ay əvvəl hərbi əməliyyatlara başlanılıb, ötən il dekabrın 14-də komendant saatı elan olunub. Hərbi əməliyyatlar fevralın 11-də başa çatsa da, komendant saatının hələ bir müddət davam edəcəyi açıqlanıb. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.