Dünya

Azərbaycanlılar Rusiyada Miqrasiya idarəsini mühasirəyə aldılar - VİDEO

12 Fevral 2016 15:51
1 Şərh     Baxış: 1 803
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünən səhər Rusiyanın Yekaterinburq şəhərində bu ölkəyə yenicə gəlmiş azərbaycanlılar Federal Miqrasiya Xidməti İdarəsinin binasını mühasirəyə alıblar. Yerli mətbuatın yazdığına görə, miqrantlar səhər saat 9-da qəbula düşə bilmək üçün gecə saat 3-dən növbə tuturlar.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, həmin gün bu idarədə Sverdlovsk vilayətində müvəqqəti yaşayış üçün icazə kvotası paylanacaqmış.

Hadisələrin iştirakçısı olan azərbaycanlı Azər Ağazadə deyib: "Miqrantlar bura icazə vərəqəsini verən müfəttişin qəbuluna düşmək üçün küçədə növbədə gözləyirlər. 300 azərbaycanlıdan cəmi 10 nəfərinə icazə verilib! 200 qazaxıstanlıdan isə 25 nəfərinə! Bu nə biabırçılıqdır? Miqrantlar insan deyil? Hökumət hara baxır?!"

İdarənin təmsilçisi isə deyib ki, ötən il Sverdlovsk vilayətində miqrantlara müvəqqəti yaşayış icazəsi üçün 4000 nəfərlik kvota ayrılmışdısa, bu il həmin rəqəm 3500-ə endirilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.