Dünya

İŞİD-in son qalasına hücum

12 Fevral 2016 15:35
2 Şərh     Baxış: 1 079
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İraq ordusu İŞİD terror təşkilatının əlində olan Mosul şəhərinin azad edilməsi üçün son hazırlıqlara başlayıb.

Publika.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, ağır silahlarla təchiz edilmiş 4 briqada Mosul şəhərinin 60 kilometrliyindəki Mahmur mahalında yerləşdirilib.
 
"Ninova Ortaq Əməliyyatlar Komandirliyi" bazasında mövqe tutan briqadalarda ümumilikdə 4500 hərbçi var. Briqadalar Bağdad, Ənbar və Səlahəddin vilayətlərindən gəlib. Bazanın rəhbəri Neçim Cuburi əməliyyata başlamaq üçün İraqın baş naziri Haydar əl-İbadinin əmrini gözlədiklərini deyib.
 
Mosulun İŞİD-in İraqdakı son qalası olduğunu deyən Neçim Cuburi beynəlxalq koalisiya güclərinin əməliyyata dəstək verəcəyini bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.