Dünya

İspaniyada qeyri-adi canlı peyda oldu - VİDEO

12 Fevral 2016 19:10
6 Şərh     Baxış: 8 913
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İspaniyada qəribə görünüşlü canlı görənləri təəccübləndirib. 

Milli.Az atv.az-a istinadən bildirir ki, dağlıq ərazidə təsadüf nəticəsində lentə alınan insana bənzəyən canlı barədə müxətlif fərziyyələr var. Bəzi mənbələr əcaib varlığı "qar adamı" adlandırıb. Digərləri isə həmin canlını "tüklü adam", "meymun adam" və başqa adlarla qələmə verib. 

Ekspertlər də bu görüntülərdəki qəribə görkəmli canlı barədə dəqiq fikir söyləyə bilmirlər. İddialara görə, bu əcaib varlığa dünyanın müxtəlif bölgələrində rast gəlinib. Məsələn, bir neçə il əvvəl Himalay dağlarında tədqiqatlar aparan Böyük Britaniyanın elm adamları oxşar mənzərə ilə qarşılaşıblar. Gördükləri barədə "qar adamı" ifadəsini işlədən alimlər, onun insan şəklində hərəkət etdiyini vurğulayıblar.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

İspaniyada qeyri-adi canlı peyda oldu

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.