Dünya

Məscidə atəş açmış amerikalını ağır cəza gözləyir

12 Fevral 2016 09:21
0 Şərh     Baxış: 615
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın Konnektikut ştatında məscidə atəş açmış 48 yaşlı amerikalıya 20 ilədək həbs cəzası verilə və 250 min dollar məbləğində cərimə kəsilə bilər.

APA-nın "TASS"a istinadən verdiyi xəbərə görə,  insident ötən ilin noyabrında Parisdə törədilən silsilə terror aktlarından bir gün sonra baş verib. 

Məlumata görə, ötən gün Hartford şəhərində keçirilən məhkəmə iclasında Ted Xeki barəsində hökmün mayın 10-da elan ediləcəyi bildirilib.
 
Müttəhim etiraf edib ki, 2015-ci ilin noyabrın 14-də Parisdə törədilən silsilə terror aktları barədə məlumatı eşitdikdən sonra Meriden şəhərindəki evinin qarşısında yerləşən məscidə 4 atəş açıb.    
 
İnsident nəticəsində xəsarət alan olmayıb. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.