Dünya

Suriyada 1 həftəyə atəşkəs olacaq

12 Fevral 2016 08:37
0 Şərh     Baxış: 783
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Almaniyanın Münhen şəhərində Beynəlxalq Suriyaya Dəstək Qrupu xarici işlər nazirlərinin toplantısı keçirilib.
Milli.Az ansperss-ə istinadən bildirir ki, Amerika Birləşmiş Ştatlarının (ABŞ) dövlət katibi Con Kerri Suriyada 1 həftəyə qədər atəşkəs olacağını deyib.

"Suriyaya göstərilən humanitar yardımların genişləndirilməsi və sürətləndirilməsi üçün razılığa gəldik. BMT humanitar yardımların çatdırılmasını təminat altına almaq üçün operativ qrup yaradacaq. Humanitar yardım fəaliyyətlərə 1 həftəyə qədər başlayacaq. Suriyada 1 həftəyə qədər atəşkəs elan edilməsi planı qəbul edilib. Atəşkəs İŞİD və "Nüsra Cəhbəsi" qruplaşmalarını əhatə etmir." - deyə Kerri açıqlamasında bildirib.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə Suriyada humanitar vəziyyətin pisləşdiyini, vəziyyəti yoluna qoymaq üçün müştərək səy göstərilməsinin labüd olduğunu deyib.

Toplantıda ABŞ dövlət katibi Con Kerri, Rusiyanın xarici işlər naziri Sergey Lavrov, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, BMT-nin xüsusi Suriya nümayəndəsi Stefan de Mistura, Səudiyyə Ərtəbistanının xarici işlər naziri Adil əl Cübeyr iştirak edir.

Bundan əvvəl Rusiya xarici işlər naziri Sergey Lavrov Suriyada martın 1-dən atəşkəs elan edilməsini təklif etdiklərini və bu təklifi rəsmi Vaşinqtona təqdim etdiklərini demişdi.
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.