Dünya

Rusiya patriarxı Roma papası ilə görüşəcək

12 Fevral 2016 08:18
0 Şərh     Baxış: 1 132
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya patriarxı Kiril Havanaya səfər edib.
Milli.Az APA-ya istinadən bildirir ki, patriarxı Kuba paytaxtına səfərində təxminən 100 nəfərdən ibarət geniş nümayəndə heyəti müşayiət edir.  
 
Məlumata görə, patriarxı Kirili Havana hava limanında Kubanın rəhbəri Raul Kastro qarşılayıb.
 
Qeyd edək ki, fevralın 12-də Havanada Rusiya patriarxı Kiril və Roma papası Fransisk arasında görüş planlaşdırılıb.   
 
Bundan əvvəl Rusiya patriarxı və  Roma papasının səsləndirəcəkləri birgə bəyanat razılaşdırılıb. Bəyanatın mətni hələlik açıqlanmır.
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.