Dünya

Pentaqonda ilk dəfə: general huşunu itirdi - VİDEO - FOTO

11 Fevral 2016 10:40
1 Şərh     Baxış: 1 522
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Hər şey yaxşıdır?! Cənab jurnalistlər, narahat olmayın, hər şey nəzarət altındadır. General F-35 qırıcısının təsirinin necə olduğunu göstərdi".

Bunu deyən Kerolayn Qlison huşunu itirərək yıxılmağa başlayan general Ceyms Martini tutub.

Milli.Az Air Force Times-a istinadən bildirir ki, ABŞ Hərbi-Hava Qüvvələrinin general-mayoru, 52 yaşlı Ceyms Martin ölkə HHQ-nin F-35 qırıcı-bombardmançı təyyarələri ilə təchizat proqramından danışırdı. Onun sözlərinə görə, bu proqrama 120 milyard dolların ayrılması nəzərdə tutulur.
Birləşmiş Ştatların Müdafiə Nazirliyində keçirilən brifinq zamanı media mənsublarının suallarını cavablayan və ölkənin Hərbi-Hava Qüvvələrinin 2017-ci il üçün büdcəsindən danışan general Martin qəflətən huşunu itirib və yıxılmağa başlayıb.
Onu köməkçisi Kerolayn Qlison tutub, az sonra hərbçilər generalın köməyinə çatıblar.
Belə hadisənin Pentaqonda ilk dəfə yaşandığı bildirilir.
 

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Pentaqonda ilk dəfə: general huşunu itirdi

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.