Dünya

Saakaşvilidən gözlənilməz qərar

11 Fevral 2016 09:43
1 Şərh     Baxış: 1 738
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ukraynanın Odessa vilayətinin qubernatoru Mixeil Saakaşvili ölkənin Təhlükəsizlik Xidmətinin rəhbəri Vasili Qritsaka məktub yollayaraq, mühafizədən imtina etdiyini bildirib.

Milli.Az modern.az-a istinadən bildirir ki, Mixeil Saakaşvili bu barədə "Facebook" sosial şəbəkəsindəki şəxsi səhifəsində yazıb. İndiyə kimi onun təhlükəsizliyini "Alfa" xüsusi dəstəsinin əməkdaşları qoruyurdular.

"Mən heç kimdən və heç nədən qorxmuram və bundan sonra Odessada və bütün ölkə ərazisində mühafizəçilər olmadan hərəkət edəcəyəm", - Saakaşvili belə yazıb.

Qubernator qeyd edib ki, bu addımı "son hadisələrə, bəyanatlara, həmçinin əlində olan informasiyaya əsaslanaraq" atmaq qərarına gəlib. O, söhbətin konkret olaraq nədən getdiyini açıqlamayıb.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.