Dünya

Səadət naziri danışdı: "Yaxşı işlər görəcəyəm" - FOTO

11 Fevral 2016 12:50
3 Şərh     Baxış: 1 473
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Bu posta təyinatım mənim üçün də bir qədər gözlənilməz oldu. Əmirin göstərişi və əmrlərini yerinə sözsüz yerinə yetirməklə yanaşı, onun məsləhətlərindən də faydalanacağam. Başçılıq etdiyim struktur insanlarımızın bəxtəvərliyi üçün çalışacaq. Yaxşı işlər görəcəyəm".

Bunu Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dövlət Səadəti Nazirliyinin rəhbəri Ohud bin Həlfan əl Rumi deyib. 29 yaşlı Rumi BƏƏ-nin baş naziri Məhəmməd bin Rəşid əl Məktumun dövlət idarəetmə sistemində başladığı genişmiqyaslı islahatları çərçivəsində nazir postuna təyin olunmuş 9 yeni şəxsdən biridir.

Milli.Az Al Jazeera-ya istinadən bildir ki, şeyx əl Məktum bu islahatlar proqramı çərçivəsində bir neçə nazirliyi birləşdirib, iki yeni nazirlik yaradıb.
Yeni yaradılan qurumlar Dövlət Səadəti (Ministery of State for Happiness) və Dini Dözümlülük (Ministery of State for Tolerance) nazirlikləridir.

"Daha böyük uğurlar və insanlarımızın rifahının artması yolunda yeni mərhələdir. Allaha yalvarırıq ki, bizə insanlarımıza xidmət etmək və onların qayğısına qalmaq imkanları versin", - BƏƏ-nin baş naziri şeyx əl Məktum Twitter-dəki profilində yazıb.

Dini dözümlülük naziri vəzifəsinə şeyxə Lübna bin Xalid əl Qasimi təyinat alıb.
BƏƏ-nin 12-ci hökumətində 29 nazir var. Nazirlərin tam əksəriyyəti BƏƏ-ni paytaxt Əbu Dabidən idarə edən ən Nəhayyan sülaləsinin mənsublarıdır.


Dövlət ümumi təhsil naziri vəzifəsinə Cəmilə əl Müheyri, Dövlət Cənclər Nazirliyinə - 22 yaşlı Şəmma əl Məzrui, İctimai İnkişaf Nazirliyinə - Nəcla əl Əvar, Federal Milli Şura Nazirliyinə - Nura əl Kəabi,  Ali Təhsil Nazirliyinə - Əhməd Bəhlul, Dövlət Müdafiə İşləri Nazirliyinə - Məhəmməd bin Əhməd əl Buvardi, Ətraf Mühit və İqlim Dəyişiklikləri Nazirliyinə isə Tani əl Zeyudi təyinat alıb.
 

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.