Dünya

Rusiyada benzin bahalaşacaq

10 Fevral 2016 22:31
2 Şərh     Baxış: 1 184
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Aprelin 1-dən etibarən Rusiyada avtomobil yanacağı bahalaşacaq.

Virtualaz.org saytı "Forbes" jurnalının rus xidmətinin məlumatına əsasən xəbər verir ki, Rusiya Maliyyə Nazirliyi büdcə gəlirlərinin artırılması məqsədilə ölkə ərazisində benzinə və dizel yanacağına tətbiq edilən aksiz vergisinin artırılması haqqında qanun layihəsini Nazirlər Kabinetinə təqdim edib.

Mənbəyə görə, Rusiya hökuməti təqdim edilmiş qanun layihəsini bəyənib.

Sənədə əsasən, aprelin 1-dən Rusiya ərazisində benzinin 1 litri 2 rubl (AMB-nin rəsmi məzənnəsinə görə, təxminən 4 qəpik - virtualaz.org), dizel yanacağının 1 litri isə 1 rubl (2 qəpik) bahalaşacaq.

Bu addım Rusiya büdcəsinə illik 89,3 milyard rubl (1,768 milyard manat) əlavə gəlir gətirəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.