Dünya

Dağıstanda "donuz qripi"nə yoluxanların sayı 108-ə çatıb

10 Fevral 2016 21:22
0 Şərh     Baxış: 836
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dağıstanda "donuz qripi"nə yoluxanların sayı 108 nəfərə çatıb.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Dağıstan İstehlaka Nəzarət İdarəsinin mətbuat xidmətinin rəhbəri Leyla Tahirova bildirib.
 
"Bu günədək Dağıstanda 108 nəfər H1N1 virusuna yoluxub, 5 nəfər  xəstəlikdən ölüb. Onların heç biri əvvəl peyvənd olunmayıb", deyə L.Tahirova qeyd edib.
 
Qeyd edək ki, Dağıstanda ilk dəfə xəstəyə "donuz qripi" diaqnozu ötən ilin noyabrında qoyulub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.