Dünya

Ukrayna maliyyə yardımından məhrum ola bilər

10 Fevral 2016 18:27
0 Şərh     Baxış: 694
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Beynəlxalq Valyuta Fondunun (BVF) Ukraynaya yardım proqramını dayandıra bilər.

APA "Reuters" agentliyinə istinadən xəbər verir ki, BVF-nin icraçı direktoru Kristin Laqard bununla bağlı Ukrayna hökumətinə xəbərdarlıq edib.

K.Laqard deyib ki, yardım proqramının dayandırılmasına Ukraynada korrupsiya ilə bağlı problemlərin mövcudluğu, dövlət idarəçiliyində irəliləyişin ürəkaçan səviyyədə olmaması, bəzi şəxsi maraqların siyasətə təsir göstərməsi səbəb ola bilər.
 
"Bu problemlər aradan qaldırılmasa yardım proqramı dayandırıla bilər. Biz Ukrayna rəhbərliyini ölkəni islahatlar yoluna qaytarmağı çağırırıq", - deyə K.Laqard bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.