Dünya

ABŞ kəşfiyyatının şefi açıqladı: “Dağlıq Qarabağda vəziyyət daha da…»

9 Fevral 2016 22:38
0 Şərh     Baxış: 2 992
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Birləşmiş Ştatlar kəşfiyyatı hesab edir ki, Gürcüstan Rusiyanın təzyiqləri altında özünün Qərbə strateji oriyentasiyasına yenidən baxacaq.

Milli.Az virtualaz.org -a istinadən xəbər verir ki, həmin sensasion qənaətlə ABŞ Milli Kəşfiyyat Agentliyinin direktoru Ceyms Klepper bu gün fevralın 9-da Konqresin kəşfiyyat komitəsində Amerika kəşfiyyat cameəsinin (17 kəşfiyyat strukturu) dünya üzrə risklərin qiymətləndirilməsinə ("Worldwide Threat Assessment." ) dair illik məruzəsini təqdim edərkən çıxış edib.

Amerikanın bütün kəşfiyyat strukturlarını birləşdirən Milli Kəşfiyyat Agentliyinin direktorunun təqdim etdiyi məruzənin Qafqaz və Mərkəzi Asiya regionlarına dair hissəsində bir sıra maraqlı məqamlar yer alır. Sənəddən məlum olur ki, Amerikanın hökumət casusları və analitikləri Rusiyanın təzyiqləri altında Gürcüstanın öz geosiyasi oriyentasiyasını dəyişə biləcəyi qənaətinə gəliblər.

Ceyms Klepperin məruzəsində göstərilir ki, hətta indi, Gürcüstanın islahatlar sahəsində irəlilədiyi bir vaxtda gürcü siyasətində rəqabət şiddətlənəcək. 2016-cı il parlament seçkiləri ərəfəsində iqtisadi problemlər də hökumət üçün siyasi baxımdan çox həssas çağırış olacaq. Gürcü elitasında və ictimaiyyətində qərbə inteqrasiyanın yavaş templə getməsindən məyusluq hökm sürür. Və belə bir vaxtda daha effektivli olan Rusiya təbliğatı Tiflisin avroatlantika məkanına inteqrasiyanı yavaşıtması, yaxud dayandırması ehtimalını artırır.

"Rusiya ilə gərginlik yüksək olaraq qalacaq və biz hesablayırıq ki, Moskva Tiflisin Avropa İttifaqı və NATO ilə sıx əlaqələrdən imtina etməsi üçün ona təzyiqləri artıracaq"-Ceyms Klepper bildirib.

Amerika kəşfiyyat cameəsinin qənaətinə görə, Mərkəzi Asiyada hökumətlər Əfqanıstandan qaynaqlanan islam ekstremizmindən çox narahatdırlar, eyni zamanda bu hökumətlər getdikcə artan daxili təhdidlərlə üzləşiblər. Məruzəyə əsasən Rusiya bu vəziyyətdən Mərkəzi Asiyada iştirakını genişləndirmək üçün istifadə edə bilər.

ABŞ kəşfiyyat şefinin məruzəsinə əsasən 2016-cı il ərzində Ermənistanla Azərbaycan arasında gərginlik yüksək olaraq qalacaq. Bakının artan hərbi gücü və Azərbaycandakı iqtisadi problemlər isə münaqişənin 2016-cı ildə daha da kəskinləşməsi potensialını yaradır. Çünki Azərbaycan Dağlıq Qarabağdan imtina etməyə, Ermənistan isə nəzarət etdiyi əraziləri boşaltmağa hazırlaşmır. "Bu isə münaqişənin sülh yolu ilə nizamlanmasını mürəkkəbləşdirir"-məruzədə deyilir.

Məruzəyə əsasən Rusiya Avrasiya regionunda şəriksiz hegemon dövlət olaraq qalacaq. Rusiyada iqtisadi gerilməyə baxmayaraq Kreml sərt xarici siyasət xəttini davam etdirəcək, bu zaman qonşu ölkələrə qarşı hərbi və hərbiləşdirilmiş qüvvələrdən gizli şəkildə istifadə edəcək.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.