Dünya

İsraildə hərbi robot gəmi hazırlandı

9 Fevral 2016 23:55
0 Şərh     Baxış: 1 307
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İsrailin "Elbit" silah istehsalçısı okeanda minalanmış ərazilərin təmizlənməsi üçün nəzərdə tutulan yeni pilotsuz "Seagull" adlı gəmi istehsal edib.  

Milli.Az ICTnews-a istinadən bildirir ki, insan həyatını təhlükə altına almadan minaları axtarmağa imkan verən sistem dənizin həm kəşf edilən, həm də kəşf edilməyən hissələrində əməliyyat zonasının öyrənilməsi, minaların axtarılması, müəyyənləşdirilməsi, təsnifatı, identifikasiyası, zərərsizləşdirilməsi və sonradan təsdiqi daxil olmaqla missiyalar planlaşdırmağa və əməliyyatlar keçirməyə şərait yaradır. "Seagull" minaların axtarışı və neytrallaşdırılması üçün bütün zəruri avadanlıqla təchiz edilib.

Bir sözlə, digər gəminin komandiri müəyyən zonanın öyrənilməsi və minadan təmizlənməsi üçün bir-iki "Seagull" robot gəmisi göndərə bilər. Eyni anda iki gəmini idarə etmək mümkündür ki, bu da çox əlverişlidir.

"Elbit" gəminin texniki xüsusiyyətlərini və alıcıların adını hələ ki açıqlamayıb. Lakin əksər ölkələrin hərbi-dəniz qüvvələri uzun müddətdir dəniz minalarının axtarışı və zərərsizləşdirilməsi üzrə işi görə biləcək robot gəmilər almaq istəyir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.