Dünya

Rusiya-Azərbaycan mal dövriyyəsi xeyli azaldı

9 Fevral 2016 17:23
0 Şərh     Baxış: 609
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2016-cı ildə iki il öncəki səviyyəyə qayıtmağın mümkün olduğunu düşünmürəm

2015-ci ildə Azərbaycan və Rusiya arasında mal dövriyyəsi 30% azalıb, bunu Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin bildirib.   

Milli.Az oxu.az-a istinadən bildirir ki, V.Doroxinin sözlərinə görə, Rusiya-Azərbaycan iqtisadi münasibətləri əsasən qeyri-neft sektorunda formalaşması mühüm xüsusiyyətdir.

"Qeyri-neft xarakterli mallar Azərbaycana əsasən Rusiyadan tədarük edilir. Qeyri-enerji mənşəli malları isə Rusiyaya Azərbaycan tədarük edir", - səfir deyib və qeyd edib ki, bu səbəbdən də  ticarət-iqtisadi əlaqələr neftin qiymətinin dəyişkənliyinin təsirinə az məruz qalır, amma təbii ki, təsir mütləq mövcuddur.

2014-cü ildə Rusiya-Azərbaycan ticarətinin həcmi bizim statistikaya görə tarixi maksimuma - 4 milyard dollara çatıb. 2015-ci ildə bu göstərici təxminən 30% azalıb", - V.Doroxin "İnterfaks"a verdiyi müsahibəsində bildirib.

"2016-cı ildə 2014-cü il səviyyəsinə qayıtmağın mümkün olduğunu düşünmürəm, amma 2015-ci ilin səviyyəsiin qorumaqvəzifəsini qoymaq olar", - o, əlavə edib.

Səfir qeyd edib ki, Rusiyada iqtisadi şəraitin pisləşməsi orada işləyən azaərbaycanlılara da mənfi təsir edir, bu amil isə Bakı və Moskva arasındakı münasibətlər üçün hər zaman mühüm olub.

"Amma prinsipcə, sabit və yaxşı bazaya sahibik. Dünya konyukturasını dəyişkənliyinə faciəli nətiscələr olmadan dözmək olar. Azərbaycan diversifikasiyaya istiqamətlənib, Rusiya da eyni istiqamətə köklənib.  

Bu yalnız iqtisadi əməkdaşlığımızı saxlamaq üçün deyil, eləcə də şərtlərin təsiri altında bu əməkdaşlığı yaxşılaşdırmaq üçün əlavə amildir", - V.Doroxin vurğulayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.