Dünya

Almaniyada qatarlar toqquşdu: 9 ölü, 150 yaralı - YENİLƏNİB - VİDEO - FOTO

9 Fevral 2016 15:56
0 Şərh     Baxış: 2 184
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

15:56

Milli.Az RİA Novosti-yə istinadən bildirir ki, qatar qəzasında ölənlərin sayı 9-a çatıb.

---------

12:29

Milli.Az RİA Novosti-yə istinadən bildirir ki, qatar qəzasında ölənlərin sayı 8-ə,  yaralıların isə 150-yə çatıb. Agentlik bu barədə yerli polisə və KİV-lərə istinadən məlumat verib.

--------

12:19

Milli.Az Bavariya vilayətinin polis idarəsinin Twitter akkauntuna istinadən bildirir ki, qatarların toqquşması nəticəsində 6 vaqon aşıb. Vaqonlar sərnişin qatarında olublar.

Hazırda polis, xilasetmə xidməti və təcili yardımın 5 helikopteri olay yerindədir.

Qəzaya görə Holskirzen-Rozenhaym istiqamətində qatarların hərəkəti dayandırılıb.

---------

12:08

Milli.Az ZDF-ə istinadən bildirir ki, Almaniyanın cənubunda, Bavariya əyalətinə, Münhen şəhərinin yaxınlığında iki qatarın toqquşması nəticəsində 4 nəfər həlak olub.

Qəza Bavariyanın cənubunda, Münhendən 60 km cənub-qərbdəki Bad Aibling yaxınlığında yaşanıb.

Süddeutsche Zeitung-un məlumatına görə, 20 nəfər yaralanıb. Onların 8-nin vəziyyəti ağırdır.

Münhen şəhər polisindən verilən xəbərə görə, hadisə yerində hazırda xilasetmə və təcili yardım xidmətlərinin 100 əməkdaşı çalışır.

Son məlumata görə, yaralıların sayı 100-ə çatıb.

--------

12:02

Almaniyanın Bavariya əyalətində dəmiryol qəzası baş verib.
Milli.Az Bild-ə istinadən bildirir ki, qatarların toqquşması nəticəsində ölən və yaralananlar var.

Orxan Hun

Milli.Az

----------

15:01

Videonu izləmək üçün şəklə klikləyin:
Almaniyada qatarlar toqquşdu: 8 ölü, 150 yaralı

----------

12:39

Videoları izləmək üçün şəkillərə klikləyin:
В Германии столкнулись поезда

В Баварии столкнулись два поезда

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.