Dünya

Türk əsgərin məktubu bütün ölkəni duyğulandırdı - FOTO

9 Fevral 2016 11:55
4 Şərh     Baxış: 3 169
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyədə PKK terrorçularına qarşı başladılan hərbi əməliyyatlar davam edir.

Milli.Az bizimyol.info-ya istinadən bildirir ki, son bir ay ərzində Cizrədə 654 terrorçu öldürülüb. Rəsmi məlumatlara görə, Cizrədə cəmi bir neçə məhəllə terrorçuların əlindədir. 

"23 nömrəli bina" kimi tanınan binada hələ də 60 terrorçunun olduğu deyilir. Atışmaların davam etdiyi bir zamanda türk əsgərin yazdığı məktub evlərini tərk etmək məcburiyyətində qalan Cizrə əhalisini duyğulandırıb. Tərk edilmiş evlərdən birində hərbi əməliyyat sonrası nahar edən türk əsgər masanın kənarına pul və bir məktub yazıb qoyub. Məktubda bunlar yazılıb: "Bura ölkəmizin bütövlüyünün davamını təmin etmək, sizə sülh və əmin-amanlıq gətirmək üçün gəldik. Evinizdə müəyyən bir müddət qonaq olduq. Bəzi qidalardan istifadə etmişik. Bəlkə, qoyduğum pul sizin zərərlərinizi qarşılamaz, amma üzərimdə bu qədər var idi. Haqqınızı halal edin. Hamımız bu vətənin övladlarıyıq. Cizrə xalqını sevirik".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.