Dünya

Türkiyə konsulluğuna hücum: polisin vecinə olmadı - FOTO

8 Fevral 2016 17:54
1 Şərh     Baxış: 1 257
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Terrorçu PKK qruplaşmasının üzvləri Fransanın Bordo şəhərindəki Türkiyə baş konsulluğunun binasına basqın ediblər. 

Report Türkiyə KİV-inə istinadən xəbər verir ki, terrorçular Türkiyə bayrağını endirib, yerinə PKK qruplaşmasının rəhbərinin portretini və bayrağını asıblar.

Məlumata görə, 100 nəfərlik qrup əvvəlcə baş konsulluğun binasının qarşısında Türkiyə əleyhinə şüarlar söyləyiblər. Bunun ardınca onlar diplomatik missiyanın binasından asılan Türkiyə bayrağını endirərək, yerinə terrorçuların rəmzi olan parçanı asıblar.

Xəbərə əsasən, Fransa polisi terrorçuların bu hərəkətini laqeydcəsinə kənardan seyr edib. 

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.