Dünya

Rusiya Suriyanı bombaladı: azərbaycanlı öldü

8 Fevral 2016 14:33
5 Şərh     Baxış: 2 418
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gürcüstan vətəndaşı Beslan Muxtarov Rusiyanın hava hücumları zamanı Türkman dağı bölgəsində öldürülüb.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Türkiyə iqtidarına yaxın "Yeni Şəfəq" qəzeti yazıb və Beslanın azərbaycanlı olduğunu bildirib.
 
Qəzetin məlumatına görə, hər kəsin dahi gözü ilə baxdığı Muxtarov 2010-cu ildə İstanbul Tibb Universitetinə qəbul olub. O, həmin il Türkiyənin "Mavi Mərmərə" gəmisinə hücum edən İsraili müdafiə etdiyi üçün Fətullah Gülənə qarşı sərt fikirlər söyləyib. Bundan sonra Fətullah Gülənin dövlət içərisindəki prokurorları ona terror hazırlamaq ittihamı ilə cinayət işi açıb.
 
Türkiyəyə girişi qadağan edilən Muxtarov bir müddət Telavidə çobanlıq edib. 3 ay əvvəl türkmanlara tibbi yardım göstərmək üçün Türkman dağına gedən Muxtarov bir neçə gün öncə Rusiyanın hava hücumları zamanı öldürülüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.