Dünya

Şimali Koreyadan qorxulu açıqlama - VİDEO

8 Fevral 2016 15:26
2 Şərh     Baxış: 2 935
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Amerika Birləşmiş Ştatları Şimali Koreyanın fevral ayında kosmosa yeni bir peyk göndərəcəyi xəbərindən sonra Birləşmiş Millətlər Təşkilatından yeni sanksiyaların tətbiq edilməsini istəyib.

Milli.Az bizimyol.info-ya istinadən bildirir ki, asiyalı mütəxəssislər, Şimali Koreyanın kosmosa peyk göndərməsində əsl məqsədinin qitələrarası ballistik raketlərin sınağını təşkil etmək olduğunu deyiblər.

2012-ci ilin dekabr ayında uzun mənzilli bir raketin sınağını həyata keçirən Şimali Koreya, son olaraq 6 yanvar tarixində 4-cü nüvə sınağını reallaşdırmış və dünya ölkələrindən böyük reaksiya görmüşdü.

Cənubi Koreya Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Moon Sabg-Gyun son baş verənləri yaxından izlədiklərini bildirib: "Ordumuz Şimali Koreya tərəfindən reallaşdırılan uzun mənzilli raket sınaqlarını yaxından izləyir. Təxribatlarına davam edən Şimali Koreyaya qarşı hərbi baxımdan tətikdəyik" 

Qeyd edək ki, yapon və amerikalı səlahiyyətlilər ötən həftə peyk görüntülərinə əsaslanaraq Şimali Koreyanın uzun mənzilli raketləri sınaqdan keçirə biləcəyini xəbərdarlıq edib. 

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Şimali Koreyadan qorxulu açıqlama

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.