Dünya

İran parlament seçkilərinə hazırlaşır

7 Fevral 2016 23:23
0 Şərh     Baxış: 595
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, İran İslam Respublikasında parlament seçkilərinə hazırlıq işləri yekunlaşmaq üzrədir.

İranın Daxili İşlər Nazirliyinin verdiyi məlumata görə, isfənd ayının 7-də (26 fevralda) keçiriləcək seçkilərdə İran İslam Şurasına (parlamentə) seçilmək üçün 12 min namizədin adı Seçkilərin konstitusiyaya uyğunluğuna nəzarət şurasına (Şurayi Neqahban) təqdim edilmişdi. Onlardan 6180-nin namizədliyi qeydə alınıb.

Ötən seçkilərdən fərqli olaraq bu il parlamentə seçilmək istəyənlərin sayının çoxluğu nəzərdən qaçmayıb. İranda 10-cu dəfə parlament seçkiləri keçiriləcək.

Qeyd edək ki, fevralın 26-da parlament seçkiləri ilə yanaşı, Ekspertlər Şurasına (Məclisi Xubreqan) da seçkilər keçiriləcək. Bu qurum İranın əhəmiyyətli hakimiyyət orqanlarından biridir. Ekspertlər Şurasına İranın hər vilayətindən 1 nəfər ruhani seçilir. Şura 82 nəfərdən ibarət olur və əsas funksiyası İran İslam Respublikasının Ali Liderini seçmək, vəzifədən kənarlaşdırmaq və fəaliyyətinə nəzarət etməkdən ibarətdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.