Dünya

Ərdoğan ABŞ-ı seçim qarşısında qoydu

7 Fevral 2016 18:14
0 Şərh     Baxış: 3 011
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bir neçə gün əvvəl Barak Obamanın xüsusi nümayəndəsinin kürdlərin nəzarəti altında olan Suriyanın şimalındakı ərazilərə baş çəkməsinə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan münasibət bildirib.

Anspress-in məlumatına görə, Latın Amerikası ölkələrinə səfər edən Ərdoğan Türkiyəyə geri qayıtmazdan əvvəl jurnalistlərin suallarını da cavablandırıb. Çili, Peru, Ekvador ve Seneqala olan səfərlərinin ölkəsi üçün faydalı yekunlaşdığını bildirib və ABŞ rəhbərliyinə sual da ünvanlayıb: "Sizin ortağınız bizik, yoxsa PYD-dir, Kobanidəki terrorçulardır? Mən hesab edirəm ki, ABŞ hakimiyyəti Demokratik Birlik Partiyası (PYD) ilə Türkiyə hakimyyəti arasında seçim etməlidir. "Biz sizə (ABŞ) etibar edə bilərik? Sizin Kobanidəki partnyorunuz bizik, yoxsa terrorçulardır?" - Ərdoğan sual edib.

Ərdoğan bildirib ki, Vaşinqton, Türkiyə ilə kürdlər arasında seçim etməlidir.

Qeyd edək ki, Ərdoğanın Cənubi Amerika ölkələrindən Çili, Peru və Ekvadora rəsmi səfəri yanvarın 31-dən başlayıb. Ərdoğanın diplomatik əlaqələrin qurulmasının 90-cı ildönümünə təsadüf edən Çili ziyarəti 9-cu prezident Süleyman Dəmirəlin 1995-ci ildə reallaşdırdığı ziyarətin ardından bu ölkəyə prezident səviyyəsində həyata keçirilən ikinci səfərdir. Peru və Ekvador ziyarətləri isə prezident səviyyəsində Türkiyədən edilən ilk səfər hesab olunur. 

Ərdoğan okeanın o tərəfinə etdiyi səfərinə öz zirehli avtomobilini də aparıb. 

Bu məqsədlə Türkiyə prezidentinin istifadə etdiyi avtomobil hərbi yük təyyarəsi ilə Çilinin paytaxtı Santyaqoya aparılıb. Hərbi mənbələr hərbi yük təyyarəsinin maşını Ərdoğanın səfərindən əvvəl bölgəyə apardığını qeyd edib. Təyyarə Senegal və Braziliyada fasilə verib yanacaq doldurduqdan sonra təxminən 20 saata Çiliyə çatıb. Ərdoğanın zirehli avtomobili hərbi yük təyyarəsi ilə Çilidən sonra Peru və Ekvadora aparılacaq.

Prezidentin son olaraq səfər edəcəyi Ekvadordan sonra avtomobil Türkiyəyə gətiriləcək. Prezidentin mühafizəçiləri Peru və Ekvadorda istənilən səviyyədə zirehli avtomobil olmadığından Ərdoğanın zirehli avtomobilini səfərə aparmağı məsləhət biliblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.