Dünya

""Qazprom"la razılaşma hələ baş tutmayıb"

6 Fevral 2016 15:40
0 Şərh     Baxış: 1 296
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Qazprom"la razılaşma hələ baş tutmayıb.

APA-nın məlumatına görə, bu sözləri qeyri-hökumət sektorunun nümayəndələri ilə görüşdən sonra jurnalistlərə açıqlamasında Gürcüstanın energetika naziri Kaxa Kaladze bildirib. O deyib ki, "Qazprom"la növbəti görüşün vaxtı hələ müəyyən olunmayıb.

Nazir "Qazprom"la aparılan danışıqlarda siyasi kontekstin olmadığını söyləyib: "Mən bir daha qeyd etmək istəyirəm ki, Gürcüstan "Qazprom"la hər il əlaqə yaradır. Kifayət qədər yaxşı və dostluq münasibətləri var. Çətinliklərə baxmayaraq, bu əlaqəni məndən əvvəlki nazirlər qurublar. Mən kiməsə və nəyə görəsə bu münasibətləri itirmək niyyətində deyiləm".

K.Kaladze bir nazir kimi Gürcüstanın enerji sektorunda gedən proseslərə cavabdeh olduğunu söyləyib. O qeyd edib ki, "Qazprom"la danışıqlarda hələ razılıq əldə olunmayıb: "Proses ona görə belə uzanır ki, bizim öz mövqeyimiz və baxışlarımız var. Bu sahənin inkişafı üçün, insanlarımız üçün maksimal nəticə almaq məqsədilə mümkün olanı edəcəyik".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.