Dünya

"Yüksək neft gəlirləri erası geridə qaldı" - Medvedev

6 Fevral 2016 14:38
1 Şərh     Baxış: 1 151
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yüksək neft gəlirləri erası artıq geridə qalıb.

APA-nın "RİA Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, bu sözləri Rusiyanın baş naziri Dmitri Medvedyev "Vahid Rusiya" Partiyasının XV qurultayının açılışında çıxış edərkən deyib.

"Xahiş edirəm, insanlara yerinə yetirə bilməyəcəyiniz sözlər verməyin. Biz, xüsusən büdcə gəlirlərinin aşağı olduğu bir vaxtda məsuliyyətli siyasi qüvvəyik. Yüksək neft gəlirləri dövrü artıq başa çatıb. Biz hamımız, xüsusən baş nazir olaraq mən büdcəmizin vəziyyətinin nə yerdə olduğunu yaxşı bilirik", - o, söyləyib.
 
Bununla belə, D.Medvedev ölkənin və insanların inkişafı ilə bağlı layihələrə qənaət edilməyəcəyini diqqətə çatdırıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.