Dünya

Aktrisanın 11 aylıq qızı "Donuz qripi"nə tutuldu - FOTO

6 Fevral 2016 13:51
7 Şərh     Baxış: 12 719
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyəli aktrisa Gamze Topuzun 11 aylıq qızı Elis Naz "Donuz qripi"nə yoluxub.

Milli.Az Türkiyə mətbuatına istinadən bildirir ki, Gamze Topuzun Ümit Kantarcılar ilə evliliyindən olan 11 aylıq qızı "Donuz qripi"nə görə xəstəxanalıq olub. "Amerika" Xəstəxanasında 4 gün müalicə alan Elis Naz ötən gecə evə buraxılıb.

Qızı xəstəxanadan çıxan kimi aktrisanın İstanbulun mərkəzindəki gecə klublarının birində əylənməsi Türkiyə mediasının diqqətini çəkib.

Çıxışda müxbirlərin suallarını cavablandıran Topuz "qızım "Donuz qripi" olmuşdu. Çox şükür hal-hazırda vəziyyəti yaxşıdır" deyib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.