Dünya

Öcalan: "Ağıllı bir erməni olsaydı…"

6 Fevral 2016 12:55
1 Şərh     Baxış: 4 293
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Biz kürdçülük və ya türkçülük edə bilmərik. Hamısının yekununda faşizm, irqçilik var. 

Milli.Az axar.az-a istinadən bildirir ki, bu sözləri PKK lideri Abdullah Öcalan deyib. 
 
2013-cü ildə HDP-nın İmralıya gedən heyətinin onunla etdiyi söhbətdən sonra çap olunan "Demokratik qurtuluş və azad həyat" adlı kitabdan seçmələr mətbuatda tirajlanıb. 
 
Öcalanın sözlərinə görə, millətçiliklə Orta Şərqdə dövlət qurula bilməz: 
 
"Erməni soyqırımına gedən yolda bu zəmini də daşnak millətçiliyi yetişdirdi. Ağıllı bir erməni olsaydı, bu hadisələr baş verməzdi". 
 
PKK lideri dini mövzuda danışaraq Məhəmməd peyğəmbəri inqilabçı adlandırıb: 
 
"Çox arvad alıb deyirlər. Amma bu, çoxevlilik deyil, ortada qalmış qadınları yanına almaqdır. Bunu sırf intim münasibət kimi dəyərləndirmək səhvdir". 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.