Dünya

"Putinin bircə imzası lazımdır"

6 Fevral 2016 09:48
0 Şərh     Baxış: 1 893
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Almaniya Minsk razılaşmalarına alternativ görmür. Axı Rusiya prezidenti Vladimir Putinin bu sənədin altındakı bircə imzası Ukraynaya öz ərazilərini qaytarmağa imkan verəcək.

Publika.az UNİAN agentliyinə istinadən xəbər verir ki, bunu Ukraynada konstitusiya islahatı mövzusunda keçirilən ictimai forumda Almaniyanın Ukraynadakı səfiri Kristof Vayl deyib.
 
"Bu yeganə sənəddir ki, siz Rusiya prezidentinin imzasını görə bilərsiniz. Əgər biz Putinin onu imzalamasına nail olsaq, Ukrayna müstəqilliyini və toxunulmazlığını saxlayacaq, bütün şərq sərhədi üzərində nəzarəti bərpa edəcək", - alman diplomat deyib.
 
Onun sözlərinə görə, ukraynalılar Donbas hövzəsi üçün nəzərdə tutulan xüsusi statusdan qorxmamalıdır. Səfir qeyd edib ki, xüsusi status Ukraynanın ərazi bütövlüyünü təhdid etmir.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.