Dünya

"Donuz qripi" gürcü ordusuna keçdi: 1 ölü

4 Fevral 2016 23:54
1 Şərh     Baxış: 904
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qoridə hərbi hospitalda müalicə alan hərbçi H1N1 virusundan ölüb.

Milli.Az APA-ya istinadən bildirir ki, Gürcüstan Müdafiə Nazirliyindən bildiriblər ki, ölən hərbçinin 38 yaşı olub.

Həmin şəxs bir neçə gün hərbi hospitalda qripdən müalicə olunub. Onun 4 yaşlı övladı qalıb.

Hazırda Qori hospitalında 12 əsgər müalicə olunur, onların vəziyyəti qənaətbəxşdir.

Qeyd edək ki, indiyədək Gürcüstanda H1N1 virusundan 9 nəfər dünyasını dəyişib.
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.