Dünya

Şəhidin nişanlısının son istəyinə "yox" deyə bilmədilər

4 Fevral 2016 20:23
25 Şərh     Baxış: 29 018
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyədə PKK terror təşkilatına qarşı başladılmış əməliyyatlar sona yaxınlaşır.

Milli.Az bizimyol.info-ya istinadən bildirir ki, Diyarbəkirin Sur qəsəbəsində PKK terrorçularının açdığı atəş nəticəsində 24 yaşlı Göksal Cin adlı əsgər şəhid olub. Şəhidin doğulduğu Zonquldağda cənazə mərasiminə 5 min insan qatılıb. Şəhidin nişanlısı Büşra Aslan da cənazə mərasimində iştirak edib və onun son istəyinə heç kim "yox" deyə bilməyib.

B.Aslan şəhidin üzünü son dəfə görmək üçün tabutun açılmasını istəyib. Nişanlısına son dəfə baxan Büşra Aslan huşunu itirib. İlk tibbi yardımla özünə gələn Büşra mərasimə qatılıb. Cənazə mərasimində hərbi rütbəli şəxslərlə yanaşı millət vəkilləri, tanınmış şəxslər də iştirak ediblər. 

Qeyd edək ki, şəhid Göksalın 2 ay sonra toyunun keçirilməsi planlaşdırılmışdı. 

Xatırladaq ki, son hərbi əməliyyatlar nəticəsində Cizrə və Surda öldürülən PKK terrorçularının sayı 650-ni keçib. Cizrədə cəmi bir neçə məhəllə terrorçuların əlindədir və atışmalar hələ də davam edir. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.