"Koç" Şirkətlər Qrupu tərəfindən söz verilməsinə baxmayaraq maaşların hələ də artırılmaması işçilərin etirazına səbəb olub. Şirkət isə etiraz dalğasını aradan qaldımaq üçün peşəkar səviyyədə ixtisaslaşmış 53 işçini tazminat vermədən qovub.
Milli.Az axar.az-a istinadən bildirir ki, qovulan işçilər çadır quraraq aksiyaya başlayıb, ""Koç" Qrupu əmək oğurluğu edir", "Əli Koç, çörəyimizi bizə qaytar" şüarları səsləndiriblər.
Məlumat üçün qeyd edək ki, "Koç" Şirkətlər Qrupunun rəsmi şəkildə açıqlanan sərvəti 8 milyard dollardan artıqdır.
Milli.Az