Dünya

Misir HƏMAS-ı terrorçu təşkilat saydı

28 Fevral 2015 22:48
0 Şərh     Baxış: 913
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Təcili işlər üzrə Qahirə məhkəməsi Fələstinin HƏMAS hərəkatının terror təşkilatı kimi tanınmasına dair qərar verib.

Milli.Az APA-ya istinadən bildirir ki, bundan əvvəl Britaniya hökuməti də HƏMAS-ın siyasi qolunun qadağan olunmuş təşkilatların siyahısına daxil edilməsi məsələsini gündəmə gətirmişdi.

Xatırladaq ki, yanvarda Misir məhkəməsi HƏMAS hərəkatının hərbi qolunu terror qruplaşmalarının siyahısına daxil edib.

HƏMAS hərəkatı Misirdə terror qruplaşması elan olunmuş "Müsəlman qardaşlar" təşkilatı ilə əməkdaşlıq edir.
 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.