Dünya

Sən ağlına gətir, yetər – işin qalanını kompüter görəcək

23 Yanvar 2016 19:36
1 Şərh     Baxış: 1 471
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ Müdafiə Nazirliyinə tabe olan araşdırma qurumu DARPA (Defense Advanced Research Projects Agency) önəmli bir texnologiya üzərində çalışdığını açıqlayıb.

Milli.Az "Azadlıq Radiosu"na istinadən bildirir ki, araşdırma agentliyi beyinlə kompüteri əlaqələndirən qurğu hazırlayır. Texnologiya beyin-maşın interfeysi (BMI) sisteminə əsaslanır.

BMI insan bədəninə yerləşdiriləcək bir çiplə rəqəmsal cihazları yönəltməyə imkan verir.Xırdaca qənd böyüklüyündəki cihaz neyronlar arasındakı bioloji siqnalları rəqəmsal siqnallara çevirəcək. Beləliklə, insan əl vurmadan, sadəcə, düşünməklə smartfon, kompüter, planşet və başqa elektron qurğuları çalışdıra, istədiyi əməliyyatı apara biləcək. Məsələn, düşüncəndən kiməsə zəng etmək keçirsə, qurğutelefon kitabçasından onu tapacaq və telefon bağlantısı quracaq.

Cihaz DARPA-nın "Neural Engineering System Design" (NESD) layihəsinin bir hissəsidir. Layihə ABŞ prezidenti Barack Obama-nın dəstəklədiyi "beyin təşəbbüsləri" proqramı çərçivəsində gerçəkləşdirilir.

Bu yeniliyin özəlliklə əlillərə çox faydalı olacağı gözlənilir.
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.