Dünya

Nemtsovun qətlini kim sifariş verib?

1 Mart 2015 21:21
1 Şərh     Baxış: 1 291
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Rusiya müxalifət lideri Boris Nemtsovun qətli hərtərəfli və şəffaf şəkildə araşdırılmalıdır.

Milli.Az anspress-ə istinadən bildirir ki, bu barədə ABŞ dövlət katibi Con Kerri açıqlama verib.

Kerri bildirib ki, ABŞ Kəşfiyyatı müxalifətçinin ölümünü sifariş edənlər haqqında heç bir məlumata malik deyil.

"Amma biz ümid edirik ki, cinayət işi şəffaf şəkildə həyata keçiriləcək. Təkcə Nemtsovu güllələyən deyil, qətlin sifarişçisi də tapılaraq cəzalandırılacaq", - deyə Kerri bildirib.

Bundan əvvəl Kerri Rusiya hökumətini Nemtsovun qatilini tezliklə tapmağa çağırıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.