Dünya

Vaşinqtonun ağılsız xarici siyasəti

28 Fevral 2015 23:45
0 Şərh     Baxış: 1 173
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Amerikanın xarici siyasəti ağılsız insanlar tərəfindən idarə olunur. ABŞ-ın nəticədən asılı olmayaraq hər yerə müdaxilə etməsindən başqa hansı qənaətə gəlmək olar? Müdaxilənin nəticəsinin nə qədər faciəvi olmasından asılı olmayaraq, bu ideyanın düzgün olduğu iddia edilir. Aydındır ki, problemlər çox az iş görülməsi məsələsindən irəli gəlir: çox az qoşunun cəlb edilməsi, çox az xaricinin həlak olması, çox az ölkənin bombardman edilməsi, çox az cəmiyyətin dəyişdirilməsi, çox az ölkənin işğal edilməsi, çox az pul xərclənməsi.

Yaxın Şərqdə yeni münaqişələr çıxdıqca, müdaxiləçi partiyanın bağlı iclasının uzun müddətdir yaxşı keçməməsi getdikcə utancverici hal alıb. Ancaq yenə də daimi müharibə tərəfdarları olan senator Con Makkeyn və Lindsey Graham hansı ölkə və hansı şərait olmasından asılı olmayaraq, hərbi müdaxilə üçün təzyiq göstərməyə davam edir. Məsələn, onlar Tripoli şəhərində Müəmmar Qəddafi ilə onun anti-terror cəhdlərinin qarşılığının verilməsi üçün ABŞ-dan yardım təmin edilməsi ilə bağlı müzakirələrdən iki il sonra müharibə şüarları ilə Liviyaya qarşı çıxan neokonservativ kütləyə rəhbərlik ediblər.

Qəddafi seçilməsini İraqın zəbt edilməsinə qarşı 2002-ci il çıxışına borcludur. 2013-cü ildə o, "müharibələri başlatmaq üçün yox, onlara son qoymaq üçün" seçildiyini bildirib. "Mən son dörd il yarımı hərbi qüvvədən asılılığımızı azaltmaq üçün əlimdən gələni edərək keçirmişəm" - o, bu sözləri deyəndə sanki özünü inandırmağa çalışırdı.

Uzun müddətdir Vaşinqtondakı son fəaliyyətlər yersiz olub. Ən məşhur siyasi şərhçilər daima yanlış fikirlər söyləyiblər. Ancaq onlar yenə də hər il sonda həmişə yanlış çıxan yeni proqnozlar verirlər.

Xarici siyasətlə məşğul olanlar üçün də vəziyyət eynidir. Ölkədə hər iki partiyanın fikir birliyi davamlı müdaxilə edilməsidir. Dəqiq olaraq kimə nə qədər pul yardımı göstərmək lazım olduğu, başqa bir ölkənin işinə qarşımaq üçün ən yaxşı üsul, hərbi əməliyyatların bir, yoxsa çoxtərəfli olub-olmaması ilə bağlı isə fikir müxtəlifliyi yaranır.

Bəzən də İraq müharibəsində olduğu kimi müəyyən bir məsələ ilə bağlı anlaşmazlıq yaranır. Prezident Bill Klinton İraqın işğal edilməsini təklif etsəydi, konqres demokratlarının əksəriyyəti bunu qəbul edərdi. Onun Balkanlardakı daha əvvələ aid planlarına qarşı çıxan əksər respublikaçı deputatlar o vaxtı prezident Corc Buş olsaydı, bu müharibəni dəstəkləyərdilər.

Günün məsələlərində söhbət xarici ölkələrə müdaxilədən getdikdə iki partiya da bir-birindən bir addım öndə olmağa çalışır. Ukrayna məsələsinə görə ruslara qarşı dur! Kimyəvi silahlara görə Suriyanı bombala! Yaxın Şərq ölkələri üçün təhlükə yaradan İŞİD üsyançılarına hücum et! Qərb dövlətləri ilə nüvə razılaşması əldə etməsindən sonra Qəddafini hakimiyyətdən devir! Mərkəzi Asiyaya demokratiya gətirmək üçün Əfqanıstanı işğal et! Balkan sərhədlərini yenidən müəyyənləşdirmək üçün Serbiyaya hücum et! Ancaq ABŞ heç də əl vurduğu hər yeri abadlaşdırmayıb. Əksinə toxunduğu hər yerdə qarışıqlıq çıxır. Harda və nə vaxt olmasından asılı olmayaraq, Vaşinqton işə qarışırsa, vəziyyət daha da pisləşir.

ABŞ Balkanlarda bir etnik təmizləməni digəri ilə əvəz edib Rusiyanın Gürcüstan və Ukraynaya müdaxiləsinin bir nümunəsini yaradıb. Somalidə xaos olduğu kimi qalıb. ABŞ Əfqanıstanda Talibanı devirsə də, 13 il heç bir uğur qazanmadan həmin qəbilə ölkəsini yenidən qurmaq üçün cəhd edib. Mövcud belə olmayan kütləvi dağıntı silahlarının məhv edilməsi üçün İraqın işğal edilməsi 4500 amerikalı, 200 min İraq sakininin həyatı bahasına başa gəldi, İraq cəmiyyətini dağıtdı, indi İslam Dövlətində öz əksini tapan radikal qəzəbi gücləndirdi və İranın imkanlarını genişləndirdi. Liviyanın bombalanması minlərlə insanın həlak olması ilə texnoloji cəhətdən aşağı səviyyəli vətəndaş müharibəsinin uzanmasına səbəb oldu, bütün regionda silahlar ortaya çıxdı, süni dövlətdə hakimiyyət uğrunda mübarizə gücləndi və İŞİD qatilləri üçün başqa bir yuva yaratdı. Yəmənin Amerika tərəfdarı hökuməti daimi ABŞ dəstəyinin olmasına baxmayaraq, devrildi, bu da anti-terror əməkdaşlığının dağılmasına, İranın nüfuzunun artmasına və vətəndaş müharibəsində zəifləməyə gətirib çıxardı. Vaşinqtonun İslam Dövlətinə qarşı başlatdığı yeni müharibənin yeganə açıq nəticəsi daha çox cihadçı cəlb olunması oldu.

Hər bir bombardman, torpaqların zəbti və işğal edilməsi, müdaxilə olan problemləri pisləşdirməklə qalmadı. Demək olar hər yeni müdaxilə ABŞ-ın yaratdığı əvvəlki problemlərin əzəvini çıxmaq üçün bir cəhddir. Hər bir yeni hərbi addımın daha böyük problemlər yaradacağı ehtimalı yüksəkdir. Bu da yeni problemlər, qarışıqlıq, böhran və fəlakətlər yaradacaq, yeni müdaxilələr üçün təkliflər gəlməsinə səbəb olacaq, bu da yeni problemlər, qarışıqlıqlar, böhranlar, işğal halları, dron (pilotsuz təyyarə) hücumları , yardım köçürmələri, diplomatik təzyiq və müdaxilənin başqa formalarını özü ilə gətirəcək.

Ancaq xarici siyasətlə məşğul olanlar işlərin yaxşı getmədiyini heç vaxt qəbul etmirlər. İraqa müdaxilənin nəticəsi Amerika xalqını dəhşətə gətirsə də, az sayda neokonservativ planlarda nəyinsə düzgün getmədiyini və ya çox cüzi qüsur olduğunu qəbul edib.

Rəsmi Vaşinqtonda bir çoxları Samanta Pauerin mövqeyindən çıxış edirlər. Bir və ya iki səhvə yol verilmiş olsa da, heç kim bir çox ard-arda gələn uğursuzluqdan dərs götürmək istəmir. Heç bir məsul siyasətçi başqa bir yerdə olan bir problemin belə Amerikanın məsuliyyətində olmadığını irəli sürə bilməzdi. Ölkə paytaxtında yerləşmiş özünə hörmət edən heç bir şəxs Vaşinqtonun həll edə bilməyəcəyi hər hansı bir problem olduğunu etiraf edə bilməzdi.

Elmi işçilər bütün karyeralarını böyük strategiyanın müzakirəsinə həsr ediblər. Bununla belə, xarici siyasətin tətbiq edilərək müəyyənləşdirilməsi o qədər də çətin deyil. Vaşinqtonun elitası təfərrüatlar haqqında razılaşmasalar da, amerikalıların hər şeyi edə biləcəklərinə tamamilə əmindirlər. Yəni onlar hər cür müharibədə döyüşə, hər bir cəmiyyəti yenidən qura, hər cür münaqişəyə daxil ola, hər cür düşməni dəf edə və tənqidi fikirlərə məhəl qoymaya bilərlər. Təəssüf ki, ötən iki onillik ərzində bu yanaşmanın böyük bir fəlakət olduğu özünü sübut edib.

Eyni dərəcədə sadə bir alternativ də var. Əslində, prezident özü bu ideya ilə çıış etmişdi: "axmaq işlərlə məşğul olmayın". Çox təəssüf ki, o, öz dediyi siyasətə özü əməl edə bilmədi.

Ancaq yuxarıda qeyd edildiyi kimi, xarici siyasəti ağılsız insanlar idarə edir. Bunu yalnız Amerika xalqı dəyişdirə bilər. Xalq "axmaq" işlər görməyəcək liderlər seçməyə başlamalıdır. Yalnız o vaxt Vaşinqton müdaxiləsinə, bunun da fəlakətə səbəb olmasına son qoyulacaq.

4npress.com

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.