Dünya

Putin Ukraynanı "donmaqdan" xilas etdi

31 Dekabr 2015 15:15
1 Şərh     Baxış: 1 671
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ukrayna 2016-cı ildə də Rusiya qazını əvvəlki qaydalarla ala biləcək.

Milli.Az anspress-ə istinadən bildirir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin fərman imzalayıb.

Amma Ukrayna hökuməti Rusiyadan hazırkı qiymətlərlə qaz almaq istəmədiyini açıqlayıb. Onlar min kubmetrə 200 dollar təklif etsələr də Rusiya bunu nəzərə almayaraq, ixracı 230 dollardan davam etdirmək niyyətini açıqlayıb.

"Qazprom" şirkəti də Ukraynaya qazın qiymətində güzəşt olunmayacağını açıqlayıb.

Ukraynanın "Naftoqaz" şirkətinin verdiyi məlumata görə, 2015-ci ildə Ukrayna Avropadan qazın idxalını iki dəfə artıraraq 5,1 milyard kubmetrdən 10,2 milyard kubmetrə çatdırıb. Amma Rusiyadan isə idxalı 14,1 milyard kubmetrdən 6,1 milyard kubmetrə qədər endirib.

Noyabrın 25-də Ukrayna qaz borcunu ödəmədiyi üçün Rusiya bu ölkəyə ixracı dayandırmışdı. Həmin vaxt rəsmi Kiyev borcunu ödəyə bilməyəcəyini açıqlamışdı.

Bundan əvvəl Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirmişdi ki, əgər Ukrayna üç milyard dollar borcunu vaxtında ödəməsə, o zaman Rusiya məhkəməyə müraciət hüququndan istifadə edəcək.
Ukrayna Avropanın qaz təminatında ən böyük tranzit ölkədir. Rusiya və Ukrayna arasındakı münaqişə Avropanın mavi yanacaq təhlükəsizliyinə böyük zərbə vurur. Rusiya və Ukrayna arasında münaqişə Avropanın şərqində yeni münaqişə ocağının yaranması ilə nəticələndi. Hazırda Ukraynanın şərqi və Krım yarımadası Rusiyanın nəzarəti altındadır.
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.