Dünya

MDB "NATO-su" vəzifələrini açıqladı

30 Dekabr 2015 08:32
0 Şərh     Baxış: 1 082
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv olan dövlətlərin 2025-ci ilədək Kollektiv Təhlükəsizlik Strategiyasının razılaşdırılması və KTMT-nin Böhran Mərkəzinin yaradılması təşkilatın 2016-cı il üçün prioritet vəzifələri olacaq.
Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Rusiya XİN-in saytında dərc olunmuş məlumatda bildirilir.  
 
"Təşkilatın 2016-cı il üçün prioritet vəzifələri sırasına KTMT-ə üzv olan dövlətlərin 2025-ci ilədək Kollektiv Təhlükəsizlik Strategiyasının razılaşdırılması, KTMT-nin Böhran Mərkəzinin yaradılması, hərbi əməkdaşlığın genişləndirilməsi və terrorçuluqla və üzv dövlətlərin kollektiv təhlükəsizliyinin digər çağırışları ilə mübarizə üzrə fəaliyyətin əlaqələndirilməsi kimi məsələlər daxildir. Həmçinin, regional təşkilat olan KTMT-nin rolunu daha da möhkəmləndirmək və KTMT-nin  BMT, ATƏT, MDB, ŞƏT və digər beynəlxalq təşkilatlarla qarşılıqlı əlaqələrini genişləndirmək niyyətindəyik", deyə məlumatda qeyd olunur.
Milli.Az    

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.