Dünya

Poroşenkodan Rusiyaya qarşı sanksiya

30 Dekabr 2015 08:52
1 Şərh     Baxış: 1 149
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ukrayna prezidenti Pyotr Poroşenko azad ticarət zonası və ərzaq embarqosuna dair Moskvanın qərarlarına cavab olaraq Nazirlər Kabinetinə Rusiyaya qarşı iqtisadi sanksiyalar  tətbiq etməyə imkan verən qanunu imzalayıb.
Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Ukrayna parlamentinin saytında dərc edilmiş məlumatda bildirilir.
 
Qeyd edək ki, Rusiyanın baş naziri Dmitri Medvedev yanvarın 1-dən etibarən Rusiyaya qarşı sanksiyaları dəstəkləyən ölkələrə qarşı tətbiq olunan gömrük rüsumlarının və ərzaq embarqosunun Ukrayna qarşı tətbiq ediləcəyini bildirib. Bundan başqa, Rusiya Dövlət Duması bir neçə gün əvvəl yanvarın 1-dən MDB çərçivəsində Ukrayna ilə imzalanan azad ticarət zonası haqqında müqavilənin tətbiqinin dayandırılmasına dair qanun qəbul edib. Sənəd baxılması üçün Dövlət Dumasına prezident Vladimir Putin tərəfindən təqdim olunub. O bundan əvvəl müvafiq fərmanı imzalayıb. Federasiya Şurası qanunu dekabrın 25-də dəstəkləyib.
 
Buna cavab olaraq, Ukrayna parlamenti dekabrın 24-də Nazirlər Kabinetinə Rusiyaya qarşı iqtisadi sanksiyalar  tətbiq etməyə imkan verən qanun qəbul edib.  
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.