Dünya

İŞİD-in ağlasığmaz qaydası: ata və oğul eyni qadınla...

29 Dekabr 2015 23:38
4 Şərh     Baxış: 3 572
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İŞİD ("İslam Dövləti") terror təşkilatı qulların saxlanılması ilə bağlı qaydaları hazırlayıb.
 
Milli.Az publika.az-a istinadən xəbər verir ki, "Reuters" agentliyi bu barədə Amerika xüsusi təyinatlı dəstəsinin may ayında ələ keçirdiyi sənədlərə istinadən bildirib.
 
Sənədlərə görə, qaydalarla bağlı fətvalar İŞİD-in ilahiyyatçıları tərəfindən verilib.
 
Qaydalara görə, qulun sahibi onunla cinsi əlaqəyə girə bilər. Amma ata və oğula eyni qadınla cinsi əlaqədə olmaq qadağan edilir. Bundan başqa, "qanun toplusu"nda deyilir ki, eyni zamanda ana və qızını saxlayan döyüşçülər yalnız biri ilə yaxınlıq edə bilərlər.
 
BMT və bir sıra hüquq müdafiə təşkilatları İŞİD-i minlərlə qadını zorlamaqda ittiham edib. "Human Rights Watch" təşkilatının aprel ayında dərc etdiyi məruzəsində bildirilirdi ki, qadınları kölə kimi satırlar və ya hədiyyə kimi İŞİD-in döyüşçülərinə verirlər.
 
Qadın qulları əvvəlcə İŞİD-in liderləri özləri üçün seçirlər və digər döyüşçülər arasında bölüşdürürlər, qalanlar isə satışa çıxarılır.
 
Qeyd edək ki, bu il mayın 16-da Amerika xüsusi təyinatlı dəstəsinin Suriyada xüsusi əməliyyatı zamanı qruplaşmanın maliyyə məsələlərinə nəzarət etmiş liderlərindən biri  Abu Sayyaf və onun arvadı Umm Sayyaf öldürülüb. Bildirilirdi ki, onun kompüterlərindən vacib məlumatlar, o cümlədən İŞİD döyüşçülərinin mobil telefonları və qruplaşmanın strukturu barədə qiymətli informasiya götürülüb. Məlumatların ümumi həcmi yeddi terabayt təşkil edir.
 
Əldə olunan sənədlərə görə, "İslam dövləti"ndə təbii resurslar və qullar da daxil olmaqla hərbi qənimətlərin idarə edilməsi üçün xüsusi departamentlər mövcuddur.
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.