Dünya

Ukraynada tatar batalyonu yaradılır

29 Dekabr 2015 22:11
0 Şərh     Baxış: 717
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ Maliyyə Nazirliyi Ukraynanın şərqində gedən münaqişə və Krımın ilhaqı ilə birbaşa və ya dolayısı ilə əlaqəli olan 34 fərdi və şirkəti özünün sanksiyalar siyahısına əlavə edib

Rusiyanın ilhaq etdiyi Krımın blokadasının təşkilatçısı Lenur İslyamov Krım-tatar batalyonu yaradılması planlarından danışıb.
Milli.Az azadliq.org-a istinadən bildirir ki, onun sözlərinə görə, batalyonun vəzifəsi Krımın sərhədlərini qorumaq olacaq. Batalyona 560 nəfər daxil olacaq: "Onun maliyyəsini könüllülər, təchizatını isə Türkiyənin Müdafiə Nazirliyi təmin edəcək."

Həm də Krım-tatar dilində yayınlanan ATR televiziya kanalının sahibi olan İslyamov deyib ki, bu könüllü etnik batalyon yarımadanın azad edilməsini maksimum yaxınlaşdırmalıdır.

Krımın blokadasının kuratorlarından biri bildirib ki, yanvarın 15-də Xerson vilayətinin Çonqar ərazisində Dünya Krım tatarlarının konfransı keçiriləcək. Bu konfrans sözügedən batalyonun fəaliyyəti üçün müstəsna əhəmiyyətə malik olacaq.

Türkiyənin xarici işlər nazirliyi KİV-lərdə Ankaranın Ukraynada yaradılmaqda olan könüllülər batalyonuna yardım etməyə başladığı barədə yayılmış məlumatı təkzib edib.
Krımın prokuroru Natalya Poklonskaya isə deyib ki, Ukraynanın Xerson vilayətində Krımın sərhədində könüllülərin silahlı batalyonunun yaradılması Rusiya Federasiyasının Cinayət Məcəlləsində əksini tapmış cinayət əməlidir və faktla bağlı bütün materiallar toplanaraq Federal Təhlükəsizlik Xidmətinə ötürüləcək. Prokuror həmçinin qeyd edib ki, krımlılar batalyon yaratmaq barədə narahat olmamalıdırlar, belə ki, "respublikda sakitliyi, rifahı və əmin-amanlığı qorumaq üçün kifayət qədər qüvvə var".

Rusiya Ukraynanın bir parçası olan Krımı anneksiya edərək öz ərazisinə qatıb. Bundan başqa Ukrayna bildirir ki, ölkənin şərqində də Rusiyanın dəstəyi ilə rus separatçılar mərkəzi hakimiyyətə qarşı vuruşur.
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.