Dünya

Xamenei vahid İslam sivilizasiyası yaratmağa çağırdı

29 Dekabr 2015 22:04
5 Şərh     Baxış: 981
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az APA-ya istinadən bildirir ki, bu cür çağırışla Tehranda keçirilən İslam birliyinin 29-cu beynəlxalq konfransında İranın ali dini lideri Əli Xamenei çıxış edib.
 
"ABŞ məmurlarının İslama olan dərin ədavəti onları İslamın müxtəlif təriqətləri arasında nifaq yaratmağa sövq edir. ABŞ məhz bu məqsədlə İŞİD kimi terror qruplaşmasını yaradıb. Bu qruplaşma ABŞ-ın bölgədəki müttəfiqlərinin maliyyə və siyasi dəstəyi sayəsində fəaliyyət göstərir" deyə Əli Xamenei qeyd edib.   
 
İranın ali dini liderinin sözlərinə görə, "İslamın müxtəlif təriqətləri arasında nifaq və münaqişə  yaratmaq səyləri Suriya, Yəmən və Liviya kimi müsəlman dövlətlərinin infrastrukturunun məhv edilməsinə yönəlib. Bununla əlaqədar Əli Xamenei müsəlman ölkələrini müstəqil müsəlman dövlətlərinə müdaxilələrin, insan hüquqlarının pozulması hallarının, qərb mədəniyyətinin digər xalqlara aşılanmasının qarşısını ala biləcək vahid müasir İslam sivilizasiyasının yaradılması istiqamətində birgə səylər göstərməyə çağırıb.   
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.