Dünya

Varlılar da ağlayır

29 Dekabr 2015 18:29
3 Şərh     Baxış: 2 464
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Bloomberg"in hesablamalarına görə, dünyanın ən zəngin 400 adamının varidatı bu il 19 milyard dollar azalıb. "Report" "İnterfaks"a istinadən xəbər verir ki, bu, xammalın qiymətinin düşməsi, eləcə də Çinin iqtisadi yüksəlişinin zəifləməsi siqnalları ilə əlaqədardır.

Milyarderlərin indeksində onun hesablanmasına başlanılan 2012-ci ildən bəri ilk dəfə eniş baş verib. Reytinqə ötən il olduğu kimi, "Microsoft"un yaradıcısı Bill Geyts başçılıq edir. Onun varidatı 83,6 milyard dollar məbləğində qiymətləndirilir. Amma 2015-ci ildə B.Geyts təxminən 3 milyard dollar kasıblayıb.
Milyarderlər arasında ən böyük itkini meksikalı telekommunikasiya maqnatı Karlos Slim yaşayıb. İlin əvvəlindən onun varidatı təxminən 20 milyard dollar azalaraq 53 milyard dollara çatıb.
Amerikalı investor Uorren Baffetin varidatı 2015-ci ildə 11,3 milyard dollar azalaraq 62,5 milyard dollara düşüb.
Maraqlıdır ki, bunun qarşılığında ispaniyalı milyarder, Avropanın ən nəhəng paltar istehsalçısı və satışını həyata keçirən "Inditex"in sahibi Amansio Orteqa, "Facebook" sosial şəbəkəsinin yaradıcısı Mark Tsukerberq, "Google"un yaradıcıları Larri Peyc və Sergey Brin 2015-ci ildə daha da varlanıblar.
A.Orteqa başa çatmaqda olan ildə 12,1 milyard dollar qazanaraq varidatını 73,2 milyarda çatdırıb. M.Tsukerberq 12 milyard dollar irəli düşərək 46,1 milyard dollarla indeks reytinqində 8-ci sıraya yüksəlib. Bu mənada L.Peyc ili 10,4 milyard, S.Brin isə 9,8 milyard dollarlıq qazancla başa vurub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.