Dünya

İstanbulda partlayış baş verdi - VİDEO

29 Dekabr 2015 08:26
0 Şərh     Baxış: 1 037
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin İstanbul şəhərində partlayış baş verib. Anspress-in "İHA"ya istinadən verdiyi məlumata görə, hadisə İstanbulun Üsküdar rayonundakı "Heydərpaşa" liman idarəsinin yaxınlığındakı TIR dayanacağında baş verib. 

Bildirilir ki, yerli vaxtla saat 00.15-də (Bakı vaxtıyla 02.15) bir TIR-ın akumlyatoru ilə naqil vasitəsilə digər TIR-ın mühərriki işə salınarkən qısa qapanma baş verib. Nəticədə TIR-ın yanacaq çəninə qığılcım düşüb və partlayış baş verib. Partlayış yanğınla davam edib və alov bütün maşını bürüyüb. 

Hadisə yerinə dərhal yanğından mühafizə dəstələri cəlb olunub. Yanğının böyüməsinin qarşısı alınsa da sitrus meyvələri ilə yüklənmiş TIR istifadəyə yararsız hala düşüb. 

Hadisə zamanı yüngül xəsarət alan TIR-ın sürücüsü isə "Heydərpaşa" Nümunə Təlim və Araşdırma xəstəxanasına çatdırılıb. 

Faktla bağlı araşdırmalar davam edir.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

İstanbulda partlayış baş verdi

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.