Dünya

Rusiya Suriyada terrorçuların 500 obyektini məhv edib

29 Dekabr 2015 08:01
0 Şərh     Baxış: 1 029
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya Hərbi Kosmik Qüvvələri Suriyada üç sutka ərzində "İraq-Şam İslam Dövləti" terror qruplaşmasının (İŞİD) 500-dən çox obyektini məhv edib.

Milli.Az "report"-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Baş Qərargahı Baş Əməliyyat İdarəsinin rəisi Sergey Rudskoy məlumat verib.
Onun sözlərinə görə, Rusiya təyyarəçiləri 164 hərbi uçuş ediblər və terrorçuların Hələb, İdlib, Latakiya, Hama, Homs, Dəməşq, Deyr-əz-Zor və Rəkkə əyalətlərindəki mövqelərinə hücum ediblər.
Sergey Rudskoy qeyd edib ki, son günlər Rusiya aviasiyası ərəb respublikasında zərbələrin intensivliyini artırıb. O bildirib ki, Suriya ordusu Rusiya aviasiyasının dəstəyi ilə Əl-Kəbir çayının sol sahili üzərində nəzarəti ələ keçirib və Latakiyada üç mühüm yüksəkliyi nəzarət altına alıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.