Dünya

İblisin əlindən qurtulmuş şəhərdən FOTOlar

28 Dekabr 2015 09:56
2 Şərh     Baxış: 1 453
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"İraq və Şam İslam Dövləti" (İŞİD) terror təşkilatının əlindəki Rəmadi şəhərinin tam azad olmasına çox qalmayıb.

Milli.Az Al Jazeera-ya istinadən bildirir ki, İraqın paytaxtı Bağdaddan 100 km aralıda yerləşən Rəmadinin həndəvərləri artıq terrorçulardan azad olunub. Rəmadidəki dövlət qurumları binaları kompleksi də artıq İraq ordusunun döyüşçülərinin əlindədir.

İraqlı hərbçilərə ABŞ-ın başçılıq etdiyi koalisiyanın hərbi təyyarələri dəstək verirlər.

Ənbar vilayətinin inzibati mərkəzi olan Rəmadi şəhəri may ayında terrorçuların əlinə keçmişdi.

Rəmadidə hazırda aparılan əməliyyat İraq ordusunun 2014-cü ilin ortalarından bəri əldə etdiyi ən böyük uğurdur.

Rəmadinin azad edilməsi ilə bağlı əməliyyat noyabr ayının əvvəlində başlanmışdı. Əməliyyatın ləng getməsinin başlıca səbəbi isə İraq ordusunun şiə könüllülərdən yararlanmamasıdır.

Tikrit şəhəri İŞİD-dən məhz iraqlı şiələrin könüllü hərbi birləşmələrinin yardımı ilə azad edilmişdi.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.