Dünya

Terrorçunun xəlvəti dəfn etdilər

28 Dekabr 2015 08:22
0 Şərh     Baxış: 1 610
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Noyabrın 13-də Parisin Bataklan konsert zalında terror aktı törətmiş ekstrimistlərdən biri Sami Amimur Milad bayramı ərəfəsində paytaxtın şəhərkənarında torpağa tapşırılıb.
Amimur rok konserti zamanı 90 nəfərin həyatına son qoymuş intihar partlayışı törədən 3 terrorçudan biri idi. Onun boya-başa çatdığı Seyn-Sen-Denis qəsəbəsindəki məzarlıqların birində dəfn olunduğu bildirilir. BBS-nin məlumatına görə, dəfn mərasimində yalnız bir neçə nəfər iştirak edib və onun qəbrinə adı yazılmayıb.
28 yaşlı Amimur Paris teraktından sonra dəfn olunan ilk terrorçudur. Fransanın həftəlik "Le Jornal du Dimanşi" qəzetində dərc olunan məqaləyə görə, terrorçunun dəfn mərasimi dekabrın 24-də La-Kurnyov məzarlığında gecə saatlarında baş tutub. Amimurun valideynləri qəbrin gələcəkdə vandal hücumuna məruz qalmaması üçün bir sıra ehtiyat tədbirləri görüb.

Fransa qanunvericiliyinə görə, Fransa vətəndaşları yaşadıqları, öldükləri yerdə və ya ailənin həyatyanı sahəsində dəfn oluna bilər. Amimur hələ 2012-ci ildə Yəmənə səfər etməyi planlaşdırmasıyla əlaqədar terrorçu fəaliyyətdə şübhəli bilinirdi. O məhkəmə nəzarətinə qoyulsa da, sonradan təhlükəsizlik qüvvələrinin radarlarından yayınaraq, ölkədən qaça bilib. Sonradan beynəlxalq axtarışa verilmiş Amimurun (xeyli müddət) Suriyada qaldığı və yenidən Fransaya geri döndüyü məlum olub.
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.