Dünya

İsraillə Rusiya gizli-gizli nə plan cızdılar?

27 Dekabr 2015 18:55
3 Şərh     Baxış: 2 110
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya prezidenti Vladimir Putinin Suriya münaqişəsinin tənzimlənməsi məsələlərinə dair xüsusi nümayəndəsi Aleksandr Lavrentyev dekabrın 24-də İsraildə qısamüddətli səfərdə olub.

Virtualaz.org saytı xəbər verir ki, bu barədə İsrailin "Haaretz" qəzetində Barak Ravid xəbər yazıb.

Barak Ravid İsrail siyasi rəhbərliyindəki yüksək mənsəbli mənbələrə istinadən yazıb ki, A.Lavrentyevi İsrailə səfəri zamanı Rusiya XİN-in Yaxın Şərq Departamentinin direktoru Sergey Verşinin və Rusiya kəşfiyyat xidmətlərinin nümayəndələri müşayiət edib.

Rusiya nümayəndə heyətinin üzvləri İsrailin Milli Təhlükəsizlik üzrə Şurasının rəhbəri, bu günlərdə "Mossad"ın xarici kəşfiyyat xidmətinə rəhbərlik edəcək Yosi Koen qəbul edib.

Danışıqlarda əsas mövzu Suriya problemi ilə bağlı olub. İsrail tərəfi bəyan edib ki, onun əsas tələbi budur: əgər anlaşma əldə olunacaqsa, onda Suriya ərazisindən İsrailə qarşı terror aktlarının təşkili və törədilməsi dayandırılmalıdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.